Şəmkirdə bıçaqlanmanın təfərrüatları  məlum oldu
23 iyul 2025 23:03 (UTC +04:00)

Şəmkirdə bıçaqlanmanın təfərrüatları məlum oldu

Şəmkir rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi detalları açıqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Dəllər Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Samir Şərif oğlu münaqişə zəminində Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Həsənov Cabbar Füzuli oğlunu bıçaqlayaraq ona xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
21:38


Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, insident rayon ərazisində qeydə alınıb.

İki nəfər arasında yaranan mübahisə zamanı 1995-ci il təvəllüdlü C.Həsənov bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar