Yıldız Tilbe ilk dəfə səhnədə xəstəliyini AÇIQLADI:  Mikrofon tutmağıma belə icazə verilmir
23 iyul 2025 18:14 (UTC +04:00)

Yıldız Tilbe ilk dəfə səhnədə xəstəliyini AÇIQLADI: Mikrofon tutmağıma belə icazə verilmir

Türkiyənin tanınmış müğınnisi Yıldız Tilbe Çeşmədə verdiyi konsertdə ilk dəfə olaraq təzyiq xəstəsi olduğunu tamaşaçıları ilə bölüşüb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, təzyiqinin uzun müddətdir dəyişkən olduğunu deyən sənətçi, həkimin ona pilates və yoqa etməyi tövsiyə etdiyini bildirib.

“59 yaşım var. Həkim dedi ki, yaş artdıqca əzələlər qısalır. Hətta mikrofona zərər gəlməsin deyə onu tutmağımı belə qadağan etdi. Təzyiq xəstəliyi doğrudan da çətindir. Bu xəstəliklə mübarizə aparan hər kəsə şəfa arzulayıram”.

Yıldız Tilbe səhnədəki enerjisi və səmimiyyəti ilə konsert boyu tamaşaçılardan alqış alıb. Sağlamlıq problemlərinə baxmayaraq, səhnədə olmağın ona motivasiya verdiyini söyləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar