Ukraynada öldürülən azərbaycanlıların nəşi ÖLKƏYƏ GƏTİRİLİR
15 mart 2022 15:35 (UTC +04:00)

Ukraynada öldürülən azərbaycanlıların nəşi ÖLKƏYƏ GƏTİRİLİR

Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi ölkəyə gətirilir.

Lent.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Məlumatda qeyd olunub ki, Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişən 1975-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1994-cü il təvəllüdlü Əlizadə Azər, 1997-ci il təvəllüdlü Salmanov Camal, habelə Xarkovda açılmış atəş nəticəsində həlak olan 1987-ci il təvəllüdlü Məmmədov Qoşqarın nəşi 14 mart tarixində Moldovanın Kişineu şəhərindən xüsusi maşınlarla Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana yola salınıb.

Həlak olan vətəndaşların cəsədləri 15 mart tarixində Azərbaycan hava yollarının İstanbul-Bakı reysi ilə vətənə gətiriləcək və yaxınlarına təhvil veriləcək

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2816

Oxşar yazılar

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12