Lənkəranda narkotik alverçisi saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Yuxarı Nüvə kəndində əvvəllər məhkum olunmuş Davud Mustafayevin evinə baxış zamanı 182 qram marixuana, 32 qram həşiş, 57 qram heroin, 150 qram cətənə toxumu, 1 ədəd elektron tərəzi, 10 ədəd şpris və 10 ampula distilə edilmiş su aşkar edilərək götürülüb. Onun evində olan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Zülfüqar Quliyevdən 0,1 qram, İsfəndiyar Mustafayevdən 0,5 qram, Murad Həbibovdan 0,1 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.