Prezident “Azəraeronaviqasiya” Baş Mərkəzinin yeni binasının açılışında iştirak edib
02 oktyabr 2013 13:28 (UTC +04:00)

Prezident “Azəraeronaviqasiya” Baş Mərkəzinin yeni binasının açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 2-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak edib. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

 

Prezidentə məlumat verilib ki, “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ölkəmizin hava məkanında və bütün aeroportlarında uçuşların idarə edilməsi ilə məşğuldur. Bu idarə Beynəlxalq Mülki Aviasiya Təşkilatı - İKAO-nun tələblərinə uyğun olaraq 1996-cı il aprelin 1-də yaradılıb və Almaniyanın sertifikatlaşdırma orqanı - DQS-nin İSO keyfiyyət sertifikatını alıb. Qurum Azərbaycanın quru və su sərhədlərinə ümumilikdə 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Bu idarə tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur.
 

 
Baş Mərkəzin yeni binasının ümumi sahəsi 5000 kvadratmetr, dispetçer qülləsi daxil olmaqla hündürlüyü 65 metrdir. Bina memarlıq quruluşu ilə seçilməklə, Heydər Əliyev Beynəlxalq Aeroportunda aerovağzal terminalı daxil olmaqla bütün bina və komplekslərlə uyğunluq təşkil edir.


Dispetçer İdarəetmə Məntəqəsindən ətraf ərazilər 360 dərəcədə müşahidə edilə bilir. Burada aerodromda uçuşların idarə edilməsi avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş dispetçer masaları (konsollar), hava-yer ultraqısa dalğalı (UQD) radiorabitə sistemi, perronda hava gəmisinin hərəkətinə videomüşahidə sistemi quraşdırılıb.
 

Mərkəzdə yaradılmış şəraitlə tanışlıqdan sonra dövlət başçısı idarənin kollektivi ilə görüşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1180
avatar

Oxşar yazılar