Bakıda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı oldu -FOTOLENT
31 oktyabr 2024 19:59 (UTC +04:00)

Bakıda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı oldu -FOTOLENT

Oktyabrın 31-də Bakının Xətai rayonundakı Alim Məmmədov adına uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən istifadəyə verilib.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar.
Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına uşaq bağçası-körpələr evi ötən müddətdə istismara yararsız vəziyyətə düşdüyünə görə təmirə ehtiyac yaranmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, uşaq bağçası-körpələr evi müasir tələblər səviyyəsində təmir olunub.
Yüz yerlik uşaq bağçası-körpələr evi zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.

Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, uşaqlar üçün oyun meydançası yaradılıb.
Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilir. Uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu baxımdan mühüm rol oynayır.
Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

Bakının Xətai rayonunda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olubBakının Xətai rayonunda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olubBakının Xətai rayonunda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olubBakının Xətai rayonunda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olubBakının Xətai rayonunda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olubBakının Xətai rayonunda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olubBakının Xətai rayonunda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olubBakının Xətai rayonunda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4741

Oxşar yazılar

Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

28 aprel 2025 , 13:50
İran prezidenti  Azərbaycana   gəldi

İran prezidenti Azərbaycana gəldi

28 aprel 2025 , 12:19
İlham Əliyev Çinə getdi

İlham Əliyev Çinə getdi

22 aprel 2025 , 15:58
Maliyyə nazirinə yeni müavinlər  təyin edildi - SƏRƏNCAM

Maliyyə nazirinə yeni müavinlər təyin edildi - SƏRƏNCAM

15 aprel 2025 , 18:03
Bu məhkəmələrə yeni hakimlər  təyin olundu

Bu məhkəmələrə yeni hakimlər təyin olundu

15 aprel 2025 , 15:52
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

11 aprel 2025 , 12:56
İlham Əliyev Türkiyəyə getdi

İlham Əliyev Türkiyəyə getdi

10 aprel 2025 , 14:07
"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

9 aprel 2025 , 13:41