Yasamalda evi sökən ekskavator sürücüsü azadlığa buraxıldı
23 iyun 2025 12:37 (UTC +04:00)

Yasamalda evi sökən ekskavator sürücüsü azadlığa buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barədə qərar verilib.

Lent.az APA-ya istinadla bildirir ki, Qala Eynullayev azadlığa buraxılıb.

Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bu il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavator Eynullayev Qala Seymur oğlu saxlanılıb.

Qalib Məmmədov və Qala Eynullayev barəsində martın 29-da Xətai rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Qalib Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Qala Eynullayev isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham olunur.

Ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, Qalib Məmmədov ev dustaqlığına buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar

Əhməd Oruc gənc oğlunu  itirdi

Əhməd Oruc gənc oğlunu itirdi

23 iyun 2025 , 18:01
Çaydan yeni doğulmuş körpə meyiti  tapıldı

Çaydan yeni doğulmuş körpə meyiti tapıldı

23 iyun 2025 , 17:58
Aktyor tamaşa zamanı infarktdan öldü

Aktyor tamaşa zamanı infarktdan öldü

23 iyun 2025 , 17:43
Bakıda kuryerlərdən 12 kilo narkotik götürüldü - VİDEO

Bakıda kuryerlərdən 12 kilo narkotik götürüldü - VİDEO

23 iyun 2025 , 17:22
Bəhruz Səmədova HÖKM OXUNDU

Bəhruz Səmədova HÖKM OXUNDU

23 iyun 2025 , 16:27
Bakıda KURYOZ:  həbsdəki xalası oğluna sümüyün içində  narkotik gətirdi

Bakıda KURYOZ: həbsdəki xalası oğluna sümüyün içində narkotik gətirdi

23 iyun 2025 , 16:16
Elarizin qızı  məhkəməyə çağırıldı

Elarizin qızı məhkəməyə çağırıldı

23 iyun 2025 , 16:10
Qusarda narkotik çəkən sürücü həbs olundu

Qusarda narkotik çəkən sürücü həbs olundu

23 iyun 2025 , 15:50