Yük maşını  aşdı,   3 nəfər xəstəxanaya yerləşdirildi
04 iyun 2022 21:16 (UTC +04:00)

Yük maşını aşdı, 3 nəfər xəstəxanaya yerləşdirildi

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Ford” markalı yük maşının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1991-ci il təvəllüdlü İbrahimov Elmir, 1989-cu il təvəllüdlü Əliyev Rövşən və 1994-cü il təvəllüdlü Məmmdov Şamxal xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır
 

# 2043
avatar

Oxşar yazılar