Yük maşını çobanı vurdu, qoyunları tələf etdi
22 iyun 2025 19:35 (UTC +04:00)

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, “Kamaz” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Bəyalıyev Qocaman Elqirax oğluna xəsarət alıb, 20-dən çox qoyun tələf olub.

Çoban ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2430

Oxşar yazılar