Zaqatalada piyadanı maşın vurub.
Lent.az xəbər verir ki, hadisə axşam 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonunun Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib.
İbrət Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1987-ci il təvəllüdlü Mazıx kənd sakini Zurab Nuriyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.