Mətbuat Şurası "Kulis"i təltif etdi
07 aprel 2026 13:43 (UTC +04:00)

Mətbuat Şurası "Kulis"i təltif etdi

1

Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid "Kulis.az" ədəbiyyat və mədəniyyət portalının fəaliyyətə başlamasının 15-ci ildönümü münasibətilə "APA Media Group"da qonaq olub.

Lent.az xəbər verir ki, görüş zamanı Rəşad Məcid yaradıcılıq yolu bu portaldan keçən və hazırda orada çalışan kollektivi təbrik edərək, saytın ölkənin ədəbi-mədəni həyatındakı müstəsna xidmətlərini yüksək qiymətləndirib.

O, portalın müasir ədəbiyyatın, incəsənətin və bədii sözün təbliğindəki önəmli rolunu xüsusi vurğulayaraq, saytın əməkdaşlarına uğurlu fəaliyyətə görə təşəkkür edib.

Görüş zamanı qeyd olunub ki, “Kulis.az" portalı fəaliyyət göstərdiyi dövr ərzində intellektual oxucu auditoriyasının formalaşmasında və gənc qələm sahiblərinin potensialının üzə çıxarılmasında əvəzsiz platforma rolunu oynayıb: “Sayt təkcə xəbər resursu deyil, həm də ciddi ədəbi tənqid və dərin kulturoloji təhlillərin mərkəzi kimi özünü təsdiqləyib. Portalın çevik fəaliyyəti sayəsində klassik irsimizlə müasir trendlər arasında uğurlu bir varislik körpüsü qurulub”.

Vurğulanıb ki, on beş illik yol keçən portal müasir medianın çağırışlarına uyğun olaraq, rəqəmsal məkanda ədəbi, mədəni, intellektual kontentin keyfiyyət standartlarını müəyyən edən əsas resurslardan biridir.

Görüşdə "Kulis.az"ın gələcək fəaliyyətində də milli-mənəvi dəyərlərin qorunması və ədəbi-mədəni, estetik zövqün formalaşması missiyasını uğurla davam etdirəcəyinə əminlik ifadə olunub.

Sonda Rəşad Məcid Azərbaycanın ədəbi-bədii mühitinin zənginləşməsinə və ölkə mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə və fəaliyyətinin 15 illiyi münasibətilə "Kulis.az" portalına Mətbuat Şurasının diplomunu təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 268

Oxşar yazılar