Bakının bu ərazilərinə  qar yağıb
09 fevral 2025 09:59 (UTC +04:00)

Bakının bu ərazilərinə qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Xidmətdən Lent.az verilən xəbərə görə, Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Yağan qarın hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlı 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, Xaltanda 7 sm, Zaqatala (Əlibəy) 6 sm, Xınalıqda 4 sm, Tovuz, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 1 sm qeydə alınıb.

Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qəbələ, Zaqatala, Şamaxı, Ağstafa, Lerik, Göygöldə duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 14-19 dərəcə şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6272

Oxşar yazılar

Günün hava proqnozu

Günün hava proqnozu

22 mart 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

21 mart 2025 , 20:30
Yenə yağış yağacaq

Yenə yağış yağacaq

21 mart 2025 , 12:14
Yağıntılı hava şəraiti davam edir

Yağıntılı hava şəraiti davam edir

21 mart 2025 , 09:31
Günün hava proqnozu

Günün hava proqnozu

21 mart 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

20 mart 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

20 mart 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

19 mart 2025 , 20:30