Qətl törədəndən ŞOK İFADƏ:  “Onları yox edəcəyimə  söz vermişdim”
14 sentyabr 2026 17:15 (UTC +04:00)

Qətl törədəndən ŞOK İFADƏ: “Onları yox edəcəyimə söz vermişdim”

0

Bakıda cinsi azlıq nümayəndəsini qətlə yetirməkdə təqsirləndirilən Röyal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Röyal İsmayılov özünü təqsirli bildiyini deyib.

Daha sonra məhkəmədə ifadə verən təqsirləndirilən şəxs hadisəni əvvəlcədən planlaşdırdığını bildirib:

“Türkiyədə çalışırdım, satıcı işləyirdim. Belə həyat tərzi keçirən insanlara hər zaman nifrət etmişəm. Min bir əziyyətlə, kasıbçılıqla uşaq böyüyür, sonra belələrinin həyat tərzinə uyub yoldan çıxırlar, ailələrini bədbəxt edirlər. Bütün bunlar məndə qıcıq və nifrət yaradırdı. Bacardığım, gücüm çatan qədər belə şəxsləri cəzalandırıb yox edəcəyimə özümə söz vermişdim. Bu məqsədlə sosial şəbəkədə tanış olduğum Orxana yazaraq onunla pul qarşılığında görüşmək istədiyimi bildirdim. 100-150 manata razılaşdıq. Türkiyədən qayıdan kimi sosial şəbəkə vasitəsilə Orxana və Günelə yazdım. Güneli öldürə bilmədim, polislər məni tutdular”.

Növbəti məhkəmə prosesi oktyabrın 5-i saat 11:00-a təyin edilib.

Qeyd edək ki, hadisə 2026-cı ilin fevralında Bakıda baş verib. İttihama görə, Röyal İsmayılov sosial şəbəkədə tanış olduğu Orxan Umayev və Günel Allahverdiyevanı öldürmək məqsədilə fevralın 15-də yaşadığı Tovuz rayonundan Bakıya gəlib.

O, fevralın 19-da “WhatsApp” vasitəsilə Orxan Umayevə yazaraq pul qarşılığında görüşmək istədiyini bildirib. Onlar “Riva” otelində görüşüblər. Otelə daxil olub pilləkənlə qalxarkən Röyal İsmayılov Orxan Umayevə güc tətbiq edib və üzərində gəzdirdiyi bıçaqla onun döş qəfəsinə zərbə endirib. Orxan Umayev aldığı xəsarətdən hadisə yerində ölüb.

Röyal İsmayılov həmin gün Günel Allahverdiyevaya da yazaraq görüşmək istədiyini bildirib. O, təyin etdiyi görüş yerinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Röyal İsmayılov Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.7-ci maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar