Şamaxıda AİLƏ FACİƏSİ:  kişi arvadını öldürdü
06 noyabr 2025 09:56 (UTC +04:00)

Şamaxıda AİLƏ FACİƏSİ: kişi arvadını öldürdü

0

Şamaxı rayonunda qadın həyat yoldaşı tərəfindən odlu silahla qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 830

Oxşar yazılar