Saatda 140-la gedən  maşında intim əlaqədə  oldular
05 noyabr 2025 02:31 (UTC +04:00)

Saatda 140-la gedən maşında intim əlaqədə oldular

0

Almaniyada bir cütlük yol hərəkəti qaydalarını pozduğuna görə “məcburi həbs”lə üzləşə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, cütlük Dortmund şəhəri istiqamətində hərəkət edirmiş.

Məlumata görə, hadisəyə şahid olan bir nəfər dərhal polisə müraciət edib. Onun sözlərinə görə, “Ford” markalı avtomobildə sürücü və sərnişin yol gedə-gedə intim münasibətlə məşğul olublar. Lakin sürücü maşını dayandırmayıb, əksinə sürəti 140 km/saatadək artırıb.

Cütlük yolda təhlükəli vəziyyətlər yaradıb: avtomobil avtomagistralda nizamsız hərəkət edib, bir neçə dəfə idarəetmədən çıxıb. Bir məqamda maşın o qədər sağa sürüşüb ki, yaxınlıqda gedən yük maşını yoldan kənara çıxmağa məcbur olub.

Sükan arxasında 37 yaşlı kişi olub. O və sevgilisi Şimali Reyn-Vestfaliya torpağında yanacaqdoldurma məntəqəsində saxlanılıblar.

Əgər sürücünün günahı sübuta yetirilərsə, ona beş ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 82

Oxşar yazılar