Ancelina Coli yeni qazanc mənbəyi tapıb
18 may 2023 12:58 (UTC +04:00)

Ancelina Coli yeni qazanc mənbəyi tapıb

Hollivud ulduzu Ancelina Coli yeni qazanc mənbəyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisalıqla yanaşı rejissor və prodüser kimi də tanınan Coli Moda evi açmağa qərar verib.

O, öz brendi olan “Atelier Jolie” Moda evini yaratdığını "Instagram" səhifəsində elan edib.

Aktrisa uzun illərdir müxtəlif  brendlərdən libaslar və zərgərlik məmulatları alır. O, Moda evində müştərilərin maraqlı ideyalarını da reallaşdırmağın mümkün olacağını söyləyib.

# 2556
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar