Arıqlamaq üçün mədəkiçiltmə əməliyyatı  keçirən MƏŞHURLARIMIZ – SİYAHI
30 sentyabr 2023 14:34 (UTC +04:00)

Arıqlamaq üçün mədəkiçiltmə əməliyyatı keçirən MƏŞHURLARIMIZ – SİYAHI

Arıqlamaqla bağlı metodlar hər zaman marağa səbəb olub. İstər keçmiş, istərsə də, indiki dövrümüzdə bu proses daim gündəmi zəbt etməyi bacarıb.

İnsanlar arıqlamaq üçün bir çox üsullara əl atır. İdman, arıqlama çayları, detoks suları, müxtəlif növ pəhrizlər və s...

Müasir dövrümüzdə bu üsullar davam etsə də, bəzi insanlara bunları etmək çətin gəlir. Buna görə də insanlar mədəkiçiltmə əməliyyatı ilə artıq çəkidən qurtulmağa üstünlük verməyə başlayıb.
Əməliyyat ilə artıq çəkidən qurtulub, formaya düşən, səhhətində müsbət dəyişikliklər edən tanınmış simalar da az deyil. Yerli şou-biznesdə də belə məşhurlarımız var.

Lent.az bu haqda araşdırma apararaq həmin məşhurları müəyyənləşdirib.

Həmin siyahını təqdim edirik:

Siyahıda ilk olaraq Murad Dadaşov yer alır. Əməkdar artist Bakıda yox, xarici ölkədə əməliyyat etdirib. Özü etiraf etdiyi kimi, həyatında ilk dəfə 3 rəqəmli çəkidən - 130 kq-dan 2 rəqəmli çəkiyə - 95 kq-a düşüb.

İkinci pillədə xalq artisti Fidan Qasımova yer alır. Bakıda özəl klinikaların birində gizli əməliyyat etdirsə də, xəbər mətbuatda yayılmışdı. Əməliyyatdan sonra 36 kiloqram arıqlayan sənətkar bu mövzuda danışmağı sevmədiyini qeyd edib.

Siyahıda yer alan məşhurlardan biri də əməkdar artist Nahidə Orucovadır. O, artıq çəkisi ucbatından illərlə çəkdiyi əziyyətləri bir əməliyyatla geridə qoyduğunu bildirib.
 
Emma Ələkbərzadə də bu üsul ilə arıqlayan məşhurlar arasındadır.

O, əməliyyat olaraq artıq çəkilərindən azad olduğunu qeyd edib. Sənətçi eyni zamanda “Yeriməyi sevirəm. Əsas ayaqqabılarım və geyimlərim rahat olsun. Avtomobildən uzağam, mənimki yeriməkdir”, deyib.

Qardaş ölkə  Türkiyədə də mədəkiçiltmə əməliyyatı etdirən bir çox məşhurlar var.

Bunlardan biri məşhur müğənni Linetdir. O, bu əməliyyatı etdirərək 40 kilo arıqladığını bildirib.

Məşhur müğənni Fatih Ürek də bu üsul ilə arıqlayanlar arasındadır. Müğənni 2 ayda 30 kilo arıqlayıb.

Pəhriz və idmanın nəticə vermədiyini görüb əməliyyat etdirən məşhurlardan biri də Çiçek Dilligil olub. Məşhur 30 kilo arıqladığını deyib.

İllərdi artıq çəkidən əziyyət müğənni İşın Karaca da bu yolla özünü formaya salmağı bacaran məşhurlardandır. O, 115 kq-dan 60 kiloya düşüb.

Məşhur aktrisa Pelin Öztekin də mədəkiçiltmə əməliyyatı keçirdərək 6 ayda 158 kilodan 100 kiloya düşüb. 29 yaşlı aktrisa formasını qorumaq üçün mütəmadi olaraq idmanla məşğul olduğunu deyib.

Siyahının sonuncu məşhuru aktrisa Esin Gündoğdudur. O, əməliyyat olaraq 138 kilodan 72 kiloya enib.

# 44697
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar