Aysun İsmayılova: "Mənim də o adda atam yoxdur"
24 sentyabr 2022 16:04 (UTC +04:00)

Aysun İsmayılova: "Mənim də o adda atam yoxdur"

Müğənni Aysun İsmayılova ilk dəfə atası barədə açıqlamaları ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, anası Rəqsanə İsmayılovanın "YouTube"da yayımlanan “Göz önündə” verilişində bəzi məsələlər barədə danışıb. 

Rəqsanənin "Atanı heç axtarmısanmı? Onu tanımaq üçün addım atmısan?" sualına Aysun belə cavab verib:

"Axtarmışam, uşaq olanda. Mən ondan atalıq görməmişəm, yəni, yanımdan keçsə, tanımaram. Təbii ki, onu tanımaq üçün addım atdım. Uşaq idim, 12-14 yaşım olardı. Tam yadımda deyil, yalan deyərəm. Nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki mənə hər kəs deyir ki, sən Yaşara-atana oxşayırsan. Ona görə mənə maraqlı idi. Getdim, axtardım, Goranboya getdik. Heç özü qarşıma çıxmadı, bir kəlmə dedi ki, mənim o adda qızım yoxdur. O, o sözü deyibsə, deməli, mənim də o adda atam yoxdur. Əmim çıxdı qarşıma, dedi ki, atan səni görmək istəmir. Məni tapmaq o qədər də çətin deyil. İstəyən ata özü bu illər ərzində axtarıb tapardı. Mən ondan nə var istəmişəm, nə dövlət istəmişəm, heç nə istəməmişəm”.

Qeyd edək ki, Rəqsanə İsmayılovanın Aysundan başqa 3 övladı da var. 

# 10389
avatar

Nigar Namiq

Oxşar yazılar

78 yaşlı aktyora  TƏCAVÜZ İTTİHAMI

78 yaşlı aktyora TƏCAVÜZ İTTİHAMI

27 noyabr 2022 , 11:00
Dünya şöhrətli dizayner 98 yaşında öldü

Dünya şöhrətli dizayner 98 yaşında öldü

27 noyabr 2022 , 02:59
Telli Borçalı

Telli Borçalıdan ETİRAF: "Həmişə onu xatırlayanda ağlayıram" - VİDEO

26 noyabr 2022 , 19:38
Şəbnəm Tovuzlu

"9 minlik mahnı ilə toy qiymətim qalxdı" - Şəbnəm Tovuzlu

26 noyabr 2022 , 17:02
Nazilə Səfərli

Tanınmış şairə: “Efir saxtakarlıq sevir”

26 noyabr 2022 , 12:00
 Unudulan məşhurlar   - Əfqanıstanda əsgərlərə konsert verən, aşiqi çox olan  "Aşıqlar" qrupu

Unudulan məşhurlar - Əfqanıstanda əsgərlərə konsert verən, aşiqi çox olan "Aşıqlar" qrupu

25 noyabr 2022 , 20:15
İrem Derici

İrem Derici küçənin ortasında ƏSƏBİLƏŞDİ: "Sözümü kəsmə!"

25 noyabr 2022 , 16:28
Ebru Gündeşin keçmiş əri aparıcılara  OD PÜSKÜRDÜ:  "Dələduz..." - FOTO

Ebru Gündeşin keçmiş əri aparıcılara OD PÜSKÜRDÜ: "Dələduz..." - FOTO

25 noyabr 2022 , 11:15