Mehmet Ali Erbil sağalıb qızlarla görüntüləndi
17 may 2023 10:47 (UTC +04:00)

Mehmet Ali Erbil sağalıb qızlarla görüntüləndi

Səhhətində yaranmış problemlərə görə uzun müddət yataq xəstəsi olmuş məşhur şoumen Mehmet Ali Erbil sağalaraq yenidən cəmiyyət arasına qarışıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Mehmet Ali bəy dünən qızlarla gecə klubundan çıxarkən kameralara yaxalanıb.

O, “Artıq özümü yaxşı his edirəm. Sevənlərimin dualarıyla ayaq üstəyəm. Bir yaxın dostumun ad günü məclisinə gəlmişdim. İndi evə gedirəm”, deyib. Yanındakı qızların kim olması sualına isə şoumen zarafatla “Heç bir yanlış durum yoxdur, sadəcə evə gedirik”, - deyib.

Qeyd edək ki, Mehmet Ali Erbil 4 il öncə hamamda yıxılmış, qabırğaları sınaraq ağ ciyərlərinə batmışdı. Bundan sonra uzun müddət yataq xəstəsi olmuşdu.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar