Almaz Ələsgərova Aygün Kazımovaya söz atdı - QALMAQAL
08 dekabr 2013 20:43 (UTC +04:00)

Almaz Ələsgərova Aygün Kazımovaya söz atdı - QALMAQAL

Əməkdar artist Almaz Ələsgərova xarici şou-biznesə qatılan müğənnilərdən danışıb.

 

 

Axşam.az-ın məlumatına görə, sənətçi “Space” telekanalında yayımlanan “Şou+” verilişinə açıqlamasında yeni qalmaqalın təməlini qoyub:

 

“Heç bir müğənni gedib Türkiyə, Gürcüstan şou-biznesində məşhurlaşa bilməz. Buna heç biri imkan yaratmaz. Buna görə də istərdim ki, bizim müğənnilər də xarici ifaçıların gəlib burada tanınmasına imkan verməsinlər”.

 

O “Aygün Kazımova Türkiyə şou-biznesinə qatılıb. Orada yeni şirkətlə işbirliyinə başlayıb. Bunu bilirsiniz” sualına isə belə cavab verib:

 

“Hanı, Aygün Kazımova var? Getdi bir klip çəkdirdi gəldi, çəkildi oturdu burda. Deyirlər ki, şirkətlə işbirliyinə başlayıb, amma ortada yoxdur. Aygün Kazımova ilə dostam, onu çox istəyirəm, bu sözlərimin münasibətə təsiri yoxdur”.

# 2779
avatar

Oxşar yazılar