İlham Mirzəyevdən ittihamlara cavab: “3 gün əvvəl evimə gəlmişdilər...” - QALMAQAL
06 avqust 2013 19:49 (UTC +04:00)

İlham Mirzəyevdən ittihamlara cavab: “3 gün əvvəl evimə gəlmişdilər...” - QALMAQAL

Space telekanalının “Etiraf” verilişinin aparıcısı İlham Mirzəyev onun haqqında bu gün mətbuatda yayılan açıqlamalara münasibət bildirib. Teleaparıcı, onun haqqında Lyudmila Əliyevanın səsləndirdiyi ittihamlara cavab olaraq deyib ki, Lyudmila xanımla əvvəldən qohum olublar: “Mənim həyat yoldaşım onun qızının baldızıdır. Bir-birimizi tanıyırdıq. Ona görə də dayım qızına elçi gələndə Lyudmila xanımın oğlu Asif Əliyevlə Aysel Həsənovanın evlənməsinə etiraz etmədik. Toylarına 5-6 gün qalmış oğlan evi nikah müqaviləsi imzalamağı təklif elədi. Biz çox təəccübləndik və Aysel müqaviləni imzalayaraq, oğlanın var-dövlətindən rəsmən imtina etdi. Mətbuatda deyirlər ki, nikah müqaviləsini mən məcbur imzalatmışam. Çini, Dubayı, Rusiyanı gəzən 42 yaşlı iş adamını aldadıb müqavilə bağlatmaq olar? İmkanlı iş adamı olduğundan müqavilə ona lazım idi ki, nə vaxtsa boşansa, var-dövlətini qızla bölüşməsin. Müqaviləyə görə, boşandıqları halda və ya Asif vəfat edərsə, gəlin köçdüyü ev Ayselə qalmalı idi. Bunlar da qızı yola vermədilər, sonra da Nərimanov məhkəmənin əli ilə müqaviləni ləğv etdirdilər. Sonra biz Ali Məhkəməyə müraciət etdik və işi qazandıq. Hazıra Aysellə Asif rəsmi evlidirlər. Heç bir boşanma məhkəməsi olmayıb”.

 

İlham Mirzəyev deyib ki, həmin şəxslərin ona qarşı çıxmasının əsas səbəbi onun Ayselə sahib durmasına görədir: “Mənə deyirlər, çəkil kənara. Mən də nəslin kişisi kimi dayım qızının arxasında durmalıyam. Mən necə köməksiz qadına arxa durmayım? Lap dayım qızı deyil, Azərbaycanın bir qızıdır. Mənim geri çəkilmədiyimi görüncə onlar mənə təzyiq etmək yolunu tutdular. İyulun 12-də Asif və iki nəfər yoldaşı üzlərində maska teleşirkətdən çıxarkən maşındaca mənə hücum etdilər. Mənim qışqırıq səsimə ətrafdakılar köməyə gəlincə, onlar mənim boynumu kəsərək qaçdılar. Hadisə baş verən vaxtı yanımda iki nəfər şahidim də olub. Əgər o insanlar mənim köməyimə gəlməsəydilər, Asif məni öldürəcəkdi. Bu olaydan sonra mən işin araşdırılması üçün polisə müraciət etdim. Nəhayət, 20 gün əvvəl onun günahlı olduğu sübuta yetirildi və Asif Əliyev həbs olundu”.

 

Teleaparıcı deyir ki, 3-4 gün əvvəl Lyudmila xanım və qohumları onun evinə gəliblər. Ona bildiriblər ki, ərizəsini geri çəksə, Ayselə ev və nağd pul verəcəklər: “Mən isə imtina etdim. Bizim namusumuz pulla satılıb-alınan deyil. Onlar da mənə el içində rüsvay edəcəklərini, cibimə narkotik atacaqlarını dedilər, cürbəcür şeylərlə şantaj elədi. Bu gün mətbuatda çıxan yazılar məhz onların işidir. Mətbuata ödənişli yazılar təqdim edərək məni hörmətdən salmağa çalışırlar. Mən 22 ildir jurnalist işləyirəm. Hörmətim, izzətim var. Belə şayiələr mənə yapışmaz. Bunların böhtanları məni qorxutmur. Mənim təmiz adım, arxamda güclü dövlətim var. Mən dövlətimin qanunlarına güvənirəm”.

 

 

# 2969
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar