Qonşusunun cadusundan  qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY
16 may 2024 21:29 (UTC +04:00)

Qonşusunun cadusundan qorxdu, 27 il əsirlikdə yaşadı – İNANILMAZ OLAY

Əlcəzairli kişi 27 il qonşusunun əsirliyində keçirib.

Lent.az xəbər verir ki, bütün bu müddət ərzində kişi evindən 100 metr aralıda yerləşən zirzəmidə olub.

O, qonşusunun ona cadu etdiyinə inandığı üçün köməyə heç kimi çağırmayıb.

Djelfa sakini Ömər Bin Omran 1997-ci ildə itkin düşüb.

İtkin düşən gün 17 yaşlı oğlan valideynlərinə məktəbə getdiyini deyib. Onu bir daha heç kim görməyib.

Onun iti evdə sahibini gözləyib və tez-tez qonşuluqda olan evə doğru hərəkət edib, lakin iki həftə sonra naməlum şəxslər tərəfindən zəhərlənib.

Öməri tapmaq üçün bir neçə illik uğursuz cəhdlərdən sonra qohumları onun ölümü ilə barışıblar.

Həmin dövrdə Əlcəzairdə vətəndaş müharibəsi gedirdi və insanlar tez-tez yoxa çıxırdılar.

Lakin bütün bu müddət ərzində Ömər qonşusu tərəfindən əsir götürülmüşdü. Mayın 12-də polis həmin evdə axtarış aparıb və həmin şəxsin mülkündə girişi otla örtülmüş qoyun tövləsində gizli zirzəmi aşkar edib. İlkin məlumatlara görə, Ömər qonşusunun cadugər olduğuna əmin olduğu üçün köməyə kimsəni çağırmayıb.

Öməri əsirlikdə saxlayan şəxs artıq həbs edilib. Ehtimal edilir ki, iti də məhz o zəhərləyib.

Ömər əsirlikdə olarkən onun anası dünyasını dəyişib.

“Yazıq anası Ömərə nə olduğunu bilmədən, bütün bu müddət ərzində həqiqətən zirzəmidə olduğunu bilmədən öldü”, - Ömran ailəsinə yaxın olan şəxs qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4214

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37