Kayf Asiyanın ən seksualı seçilib
07 dekabr 2013 05:16 (UTC +04:00)

Kayf Asiyanın ən seksualı seçilib

«Eastern eye» həftəliyinin versiyası üzrə «Asiyanın ən seksual 50 qadını -2013»-ün reytinq siyahısına Bollivudun aktrisası Katrina Kayf başçılıq edir.

Lentöaz-ın «nyusru»-ya istinadən məlumatına görə, Katrina Kayf 1984-cü il iyulun 16-da Honkonqda anadan olub. Onun atası Kəşmir müsəlmanı Məhəmməd Kayf, anası britaniyalı yəhudi Süzan Turkotdur. Katrin uşaqikən Məhəmməd və Süzan boşanıb. Onun və daha 7 uşağın tərbiyəsi ilə anası məşğul olub.

Boşandıqdan sonra Süzxan uşaqları ilə birlikdə Havaya gedib, oradan isə ABŞ-a yollanıb. Bir müddət orada yaşadıqdan sonra ailə İngiltərəyə dönüb. 14 yaşlı Katrina Kayf model kimi işə başlayıb. O, rejissor Kayzad Qustadla tanış olub. 2003-cü ildə onun «Bum» filminə çəkilib. Bundan sonra Bollivudda iş axtarmaq üçün Mumbaya yollanıb.  2004-2006-cı illərdə o, Hindistanın az tanınan 6 filmində rol alıb. Ona uğuru «Namastey, London» filmi gətirib. Həmin il ona  daha 3 filmdə rol verilib.

«Ən seksual asiyalı qadınlar-2013»-də yer alan ilk 10-luğu təqdim edirik.

1.Katrina Kayf (Hindistan)

2.Priyanka Çopra (Hindistan)

3.Frida Pinto (Hindistan, ABŞ)

4.Layla Ruass (Hindistan, Britaniya)

5.Karina Kapur (Hindistan)

6.Bipaşa Basu (Hindistan)

7.Lara Dutta (Hindistan)

8.Ayşvarya Rai Baxçan (Hindistan)

9.Mehviş Həyat (Pakistan)

10.Dipika Padukon (Hindistan)

# 2679
avatar

Oxşar yazılar