2006-cı ildə Türkiyə vətəndaşı ilə ailə qurmuş tanınmış azərbaycanlı jurnalist Ayşə Kərimova bu günlərdə ana olub. Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, onun qızı dünyaya gəlib.
Ayşə Kərimova ailə qurduqdan sonra 2006-cı ildə İstanbula köçüb və hazırda da orada yaşayır. Jurnalist kimi “Yeni Müsavat” qəzetində jurnalist fəaliyyətinə başlayan A. Kərimova sonralar “7 Gün” və “İmpuls” qəzetlərində çalışıb. Televiziya jurnalistikasına “İnternyus”un hazırladığı və ANS-də yayımlanan “Güzgü”proqramıyla başlayıb. 1999-cu ildən etibarən “Space” telekanalında fəaliyyətə başlayıb və Gənclər departamenti nəzdində efirə çıxan 30-dan çox TV layihəsinin altında imzası durur. Ən populyar layihələri, müəllifi və aparıcısı olduğu “Çardaq”(gənclər üçün proqram), “Açıq qapı” (içtimai-sosial tok-şou), “Qadın saatı” (gender proqramı) idi. İREX-in Regional Televiziyaların inkişafı layihəsi çərçivəsində istehsal etdiyi “Kəsişmə Nöqtəsi” proqramı da onun həyata keçirdiyi layihələrə daxildir.
Ötən il isə “Xəzər” telekanalı ilə əməkdaşlıq edərək bu TV-də veriliş aparıcısı olub.
Ayşə Kərimovanın həyat yoldaşı Doğaner Gönen də jurnalistdir, “Hürriyet”qəzetində yazı işləri müdiridir.

Məşhur aparıcı ana oldu
Oxşar yazılar

Serdar Ortaç mirasını kimə verəcəyini AÇIQLADI
21 iyul 2025 , 19:20
Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu - VİDEO
21 iyul 2025 , 17:56
Madonnanı cavan saxlayan pəhriz AÇIQLANDI
21 iyul 2025 , 14:52
Tom Kruz necə bu qədər cavan qalıb? - Pəhrizi AÇIQLANDI
19 iyul 2025 , 18:18
Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55