Tolikdən ŞOK açıqlama: “Aygünlə Röyanın elə bir şey üstə davası var ki...”
23 aprel 2013 13:41 (UTC +04:00)

Tolikdən ŞOK açıqlama: “Aygünlə Röyanın elə bir şey üstə davası var ki...”

Daha çox qalmaqallı açıqlamaları ilə məşhurlaşan prodüser Tolik (Tarix Əliyev) xalq artisti Aygün Kazımova ilə Röyanın barışmalarına aydınlıq gətirib. Lent.az-a açıqlama verən Tolik deyib ki, heç zaman onları barışdırması barədə düşünməyib: “Mən heç vaxt buna cəhd etməmişəm. Çünki bunu istəməmişəm. Bu, mənə adiyyatı olmayan məsələdir. Aygün Kazımova illərdir, Röyada on ilə yaxındır ki, sənətdədir. Onları barışdırmaq mənə düşməz. Baxmayaraq ki, onların ikisi ilə də işləmişəm. Pulumu qazanmışam. Onların dostluq etmələrinə də inanmıram. Çünki bu iki sənətçi, şou-biznesdə bir-birinə rəqib olacaq yeganə insandır. Röya və Aygün üzdə barışsalar da, ürəklərində barışmayacaqlar”.   

 

 

Tolik müğənni Rəhim Rəhimlinin adıçəkilən sənətçiləri barışdırmaq cəhdinə də münasibət bildirib: “Rəhim Rəhimli yeni veriliş açır. Bunu eləməklə özünə reytinq yığmaq, iki müğənnini ortalıqda oynatmaq istəyir. Barışdırsın da. Rəhim Rəhimli də bilir ki, onlar bir-birləri ilə nə üstə dalaşıblar. Onlar nə mənim üstümdə, nə mahnı üstündə dava ediblər. Onların elə bir şey üstündə davası var ki, tamam başqa şeydir. Rəhim Rəhimli birinci o davanın qabağını alsın, daha sonra onları barışdırsın”.

 

 

Qeyd edək ki, ötən gün müğənni Rəhim Rəhimli Lent.az-a açıqlamasında Röya ilə Aygün Kazımovanı barışdırmaq istəyini bu cür izah etmişdi: “Röya Ayxan və Aygün Kazımova Azərbaycanın iki sevilən sənətçisidir. Bu iki xanımın intriqada olması ortaq dostları da üzür. Mən istəyirəm onları barışdırım. Amma bu haqda Röya xanımla heç danışmamışam. Mən Röyanın yaxın dostuyam. Heç vaxt icazə vermərəm ki, kimsə ona zərbə vursun. Elə vaxtlar olub ki, mən Röyadan xəbərsiz onun telefonuna gələn zəngi əngəlləmişəm. Kimsə onun kefini korlamasın deyə. Çünki ortada o qədər söz-aparıb gətirənlər var ki. Kimsə onların üz-üzə gəlməsini təşkil etməlidir. Mən Röyanın, Kazım da Aygün Kazımovanın dostudur. Ancaq Kazımla da biz dostuq".

# 7034
avatar

Yalçın UĞUR

Oxşar yazılar