93 gün su altında qaldı, 10 yaş cavanlaşdı
08 iyun 2023 10:11 (UTC +04:00)

93 gün su altında qaldı, 10 yaş cavanlaşdı

Təqaüddə olan dəniz zabiti Cozef Dituri Atlantik okeanının dərinliklərində kapsulda üç aydan çox vaxt keçirib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddət su altında qalmaq keçmiş hərbçinin səhhətində bir çox amilləri dəyişib.

Zabitin sözlərinə görə, su altında keçirdiyi 93 gün onu 10 yaş cavanlaşdırıb. Quruya qayıtdıqdan sonra Dituri tibbi müayinədən keçib. Su altında qalmağın müsbət təsirləri gecələr dərin yuxuda 60-66 faiz artım, xolesterinin səviyyəsinin 72% azalması və iltihabin iki dəfə azalması idi.

# 1710
avatar

Arzu Qurbanlı

Oxşar yazılar