“O nazirliyi sökmək lazımdır” - Kənan MM OD PÜSKÜRDÜ
30 may 2023 15:47 (UTC +04:00)

“O nazirliyi sökmək lazımdır” - Kənan MM OD PÜSKÜRDÜ

“Film çəkmək üçün dəfələrlə nazirliyə müraciət etmişəm, cavab verməyiblər. Deyirlər pul yoxdur. Bizim xəyalımızdan belə keçə bilməyən, başqasının boğazından asanlıqla keçir. Mədəniyyət nazirini dəyişməklə deyil, o nazirliyin özünü ləğv eləmək, binasını yerli-dibli sökmək lazımdır”. 

Bu fikirləri Lent.az-a aktyor, kinorejissor Kənan MM (Mahmudov) deyib.

O, Azərbaycanda kinonun inkişafına vəsait ayrılmaması barədə də danışıb:

“Dinən kimi tamaşaçı deyir serial çəkilmir. Çəkilir. Bizdə olan istedadlı aktyorlar, rejissorlar heç yerdə yoxdur. Amma yaxşı film böyük pullar hesabına ortaya çıxır. Heç bir kanalın haqqı yoxdur yaxşı serial tələb eləməyə. O pulu vermirsənsə necə film tələb eləyirsən? Bizi başqa ölkələrin sənətçiləri ilə müqayisə eləmək lazım deyil. Bilirsiniz bizim aktyorlar, rejissorlar hansı maaş işləyir? Adam utanır dilə gətirsin. Kinoforum elədilər. Oturub köhnə nazirin dalınca danışdılar. Dedilər hanı pul? Nazir gedəndən sonra niyə soruşursunuz? Vaxtında səsinizi çıxarardınız”.  

“Türkiyədə 40 bölüm “Savaşçı” serialında oynamışam. Məni orda tanıyırlar, bizim nazirlikdə tanımırlar. İstedadıma görə aparmışdılar məni ora. Nə arxa-dayağım var, nə tanışlarım. Mənim klip çəkdiklərim hamısı xalq artistdir. Ad istəmirəm. Allahın mənə verdiyi təmiz adı ləkələməsinlər, o yetər. Bizdən az qalıb. Bu gün Elxan Qasımovu dəfn elədik. Azalırıq. Sayımız azdır. Türkiyədə istedadlıyam, burda yox? Bizim nazirlik mənə 1 manat pul ayırmır ki, apar film çək”, - deyə o bildirib.

Rejissor sənətçilərin sosial şəbəkələrdən qazanc mənbəyi kimi istifadə etməsindən də danışıb: “Xəbəriniz varmı ki, sənətkarların hamısı “TikTok”dadır? Çünki başqa qazanc yerləri yoxdur. İncəsənət batıb gedir, heç kimi qınamaq olmaz. Mən “film çəkmək üçün böyrəyimi satıram” deyəndə ciddi idim. Sənət qurban tələb edir deyirdilər. Qoy bu sənətin qurbanı biz olaq. Allah hər  adamın da qurbanını qəbul eləmir, bunu da unutmasınlar”.

Qeyd edək ki, Kənan MM Mədəniyyət Nazirliyinə müraciət edərək, film çəkmək üçün böyrəyini satdığını bildirib.

# 11493
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar