Azərbaycanda film kimi DƏLƏDUZLUQ:  bir adamı illərlə aldatdı
02 oktyabr 2026 15:41 (UTC +04:00)

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

0

Lerikdə dələduzluq edən həbs olunub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir.

İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiyə nəvəsinin təqaüdünü bərpa etməyi, həmçinin özünün və arvadının pensiyasını artıracağını söz verib. Beləliklə, 2022, 2023, 2024 və 2025-ci illərdə, hər dəfə də eyni bəhanələrlə Tanrıverdidən ümumilikdə 13 min 280 manat pul alıb. Hətta onun dələduzluq əməlləri bəzi illərdə də 2 dəfə baş verib. Lakin Nüsrət verdiyi vədləri yerinə yetirməyib.

Aldandığını görən Tanrıverdi Məlikov hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında N. Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, vurduğu zərərdən 5300 manatı ödəyib, yerdə qalan pulu da torpağını sataraq ödəyəcək. O, himayəsində 2 azyaşlı uşaq olmasını və onlardan birinin də xəstəlikdən əziyyət çəkdiyini bildirib. Nüsrət bunların nəzərə alınmasını və məhkəmə tərəfindən ədalətli qərar qəbul olunmasını istəyib.

Zərərçəkən şəxs isə nəvəsinin 19 yaşlı nəvəsinin 3-c qrup əlil olduğunu və bir müddətdir ki, pensiyasının kəsildiyini deyib. O, təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Nüsrət Kərimov 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar