“Atəşkəs” filminin təqdimatı olacaq
0
0
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu və Macar Turan Fondunun həyata keçirdiyi layihə çərçivəsində hazırlanan “Atəşkəs” filminin təqdimat mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycan tarixinə dair çoxsaylı faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı əksini tapıb.
Mərasim fevralın 17-i, saat 11:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
0
0