Müğənni: "Məsuliyyətsiz olduğuna görə yalan danışır”
10 fevral 2016 18:59 (UTC +04:00)

Müğənni: "Məsuliyyətsiz olduğuna görə yalan danışır”

0

“Yalan danışdığına görə güvənsizlik yarana bilməz. İnsan sadəcə məsuliyyətsiz olduğuna görə yalan danışır”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Nicat Rəhimov deyib.

 

O bildirib ki, özünü güvənli insanlar arasında görür: “Toyum olanda hiss elədim ki, kifayət qədər dost qazana bilmişəm. Şan-şöhrətim olmasa da, səmimiyyətimə görə ətrafıma çox sayda dost toplaya bilmişəm. Yaxın dostlarım azdı. Hər yetənə “can” deyə, kimsəyə qeyri-səmimi yanaşa bilmirəm”.

 

Qonaq bildirib ki, durğunluq dövrü olmasına rəğmən, bu dönəmdən istifadə edib gündəmə gəlmək istəyir: “Həvəsdən düşmək lazım deyil. Əksinə, həm bəstəkarlar, həm də aranjemançılarla görüşüb, çalışmaq üçün bol zaman var. Bundan istifadə etmək lazımdır. Elə müğənnilər var ki, həm də bəstəkarlıq edirlər. Və başqa ifaçılar da təqdim olunan mahnıları istər-istəməz o müğənninin təsiri altında ona bənzər şəkildə ifa edirlər. Qrup daxilində çıxış edəndə tanınmaq bir qədər çətindir. Qrupdan ayrılanda çətinliklər olacağını bilirdim. İndi daha çətindir. Bəlkə də solo karyeraya bir neçə il öncə başlasaydım, daha asan olardı”.

 

Müğənni bildirib ki, mahnıya fərqli yanaşma olanda belə, orijinala diqqət etmək lazımdır:  “Hər hansı mahnını yazdıranda bir neçə il sonranı düşünürəm ki, dinlənilsin. Hər peşəkar ifaçı tanınan mahnılara müraciət edəndə ən azı ilk kupleti orijinalda olduğun kimi oxumalıdır. Sonrakı bəndlərdə isə improvizə etmək olar. Bəzən isə mahnını bütünlüklə dəyişirlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar