Ramil Qasımov “Fədai” medalı ilə təltif olundu
15 fevral 2016 17:40 (UTC +04:00)

Ramil Qasımov “Fədai” medalı ilə təltif olundu

0

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Ramil Qasımov “Fədai” medalı ilə təltif edilib. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi mükafata R.Qasımov, Qarabağ müharibəsinin əlilləri, veteranları və şəhid ailələrinin, eləcə də ölkədə hərbi vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə layiq görülüb. Mükafat R.Qasımova Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 15 illiyi ilə əlaqədar yubiley mərasimində təqdim edilib. Tədbir əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilib. Xalq artistləri Pərvanə Qurbanova, Zümrüd Məmmədova, əməkdar artistlər Ramil Qasımov, Sevinc Sarıyeva, Çingiz Mustafayev və Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının çıxışları alqışlarla qarşılanıb. Sonda Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi üzvlərinin müraciəti oxunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 817

Oxşar yazılar