Düzgün yastıq seçimi  rahat yatmağa kömək edir
21 aprel 2024 02:15 (UTC +04:00)

Düzgün yastıq seçimi rahat yatmağa kömək edir

Gərgin iş günündən sonra çarpayıda rahat yatmaq, yorğunluğu atmaq, ertəsi gün təravətli oyanmaq hər kəsin arzusudur. Təəssüf ki, əksəriyyət yaxşı yata bilmədiyini deyir. Bunun əsas səbəblərindən biri yastığın düzgün seçilməməsidir.

Lent.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bununla əlaqədar olaraq deyib: “İlk növbədə yastıqların hazırlandığı materiala fikir vermək lazımdır. Əvvəllər daha çox quş tükündən hazırlanmış yastıqlardan istifadə olunurdusa, son illərdə daha çox sintifon balışlara üstünlük verilir, çünki onlar həddindən artıq yumşaq olurlar. İlk vaxtlar həmin yastıqla yatanda özümüzü çox rahat hiss edirik. Ancaq bir müddət sonra boyun və baş hissədə ağrılar hiss olunmağa başlayır. İçərisi sintifonla doldurulmuş yastıqların üz hissəsi təbii pambıq materialından olan parçadan olması daha yaxşıdır”.

Mütəxəssislər bildirirlər ki, ildə bir dəfə yastıqları dəyişmək lazımdır. “Həddindən artıq yumşaq və içərisi boş olan balışlardan və eyni zamanda, çox möhkəm balışlardan istifadə edilməməsi daha yaxşıdır. Ona görə də ən məsləhətli olanı üzü pambıq parçadan və içərisi bamuq bitkisi ilə doldurulmuş balışlardır. Həmin yastıqlar həm gigiyenik, həm yumşaq olur, həm də baş və boyunda heç bir ağrıların yaranmasına səbəb olmur”, -deyə həkim-fitoterapevt bildirib.

Yataq sərt olduqda hündür, yumşaq olduqda nazik yastıqlar seçmək tövsiyə edilir.

# 2031
avatar

Oxşar yazılar

Mətbəxdə ən lazımsız  4 ləvazimat

Mətbəxdə ən lazımsız 4 ləvazimat

11 may 2024 , 19:55
Bu üç əlamət  qaraciyər problemindən   xəbər verir

Bu üç əlamət qaraciyər problemindən xəbər verir

11 may 2024 , 18:21
Kişilər üçün ən sağlam  pəhriz

Kişilər üçün ən sağlam pəhriz

11 may 2024 , 16:38
Ürəyə zərərli olan  arıqlama əlavələri

Ürəyə zərərli olan arıqlama əlavələri

11 may 2024 , 15:50
Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin 

Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin 

11 may 2024 , 14:18
Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurta ilə hansı qidaları yemək olmaz?

11 may 2024 , 12:39
Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

11 may 2024 , 11:51
Qəzəb sağlamlığa necə təsir edir? 

Qəzəb sağlamlığa necə təsir edir? 

11 may 2024 , 10:45