Modriç nömrəsini Mbappeyə verib "Real"dan gedir
11 may 2024 18:36 (UTC +04:00)

Modriç nömrəsini Mbappeyə verib "Real"dan gedir

“Real Madrid”in 38 yaşlı mərkəz yarımmüdafiəçisi Luka Modriç bu mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra Kral Klubunu tərk edəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, xorvatiyalı futbolçunun çıxış etdiyi 10 nömrəli forma mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayan hücumçu Kilian Mbappeyə çatacaq.

Daha əvvəl mətbuatda fransalı futbolçunun Madrid klubu ilə 2029-cu ilə qədər qüvvədə olan müqavilə imzaladığı barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 530 matçda iştirak edib, 39 qol vurub və 85 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4155
avatar

Oxşar yazılar