Niyə pis dişlər  ömrü qısaldır? - CAVAB
26 yanvar 2026 09:37 (UTC +04:00)

Niyə pis dişlər ömrü qısaldır? - CAVAB

0

Uzunömürlülük üzrə ekspertlər adətən uzun ömrün beş əsas dayağından danışırlar: yuxu, qidalanma, fiziki aktivlik, şüurluluq və ağız boşluğunun sağlamlığı.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dişlərə və ağız boşluğuna diqqətlə qulluq edildiyi halda sağlamlığı qorumaq və daha uzun yaşamaq mümkündür. 

Dişlərin vəziyyətinin arterial təzyiqə, xolesterin səviyyəsinə, demensiya (ağıl zəifləməsi), diabet və ürək xəstəlikləri riskinə təsir etdiyi bildirilir. Bundan əlavə, ağız boşluğunda yaşayan bakteriyalar artrit, pnevmoniya və bəzi xərçəng növləri kimi xəstəliklərlə əlaqəlidir.

Məsələn, ağız boşluğunda xroniki iltihabın ən çox rast gəlinən səbəbi olan P. gingivalis bakteriyası bağırsaqlara, beyinə, yuxu arteriyasına və digər orqanlara keçə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar