Bu gün Azərbaycanın bu rayonlarında saat 10-dan sonra qaz olmayacaq
28 avqust 2026 09:19 (UTC +04:00)

Bu gün Azərbaycanın bu rayonlarında saat 10-dan sonra qaz olmayacaq

0

Bu gün Ağstafanın 9 kəndində, həmçinin Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatı dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Ağstafa rayonunun Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırlı, Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, payız-qış mövsümünə hazırlıq işləri və aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Gədəbəy və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatında fasilə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar