Azərbaycan iki hərbçisini  erməni əsirliyindən   azad edir
07 dekabr 2023 21:11 (UTC +04:00)

Azərbaycan iki hərbçisini erməni əsirliyindən azad edir

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı birgə açıqlama yayıb.

Lent.az açıqlamanı təqdim edir: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini azad edir.

Ermənistan öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan  və ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan  Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan  və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.

# 5034
avatar

Oxşar yazılar

"Ermənistanın başqa şansı yoxdur"

"Ermənistanın başqa şansı yoxdur"

25 fevral 2024 , 16:16
Prezident İlham Əliyev Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Ərdoğanı təbrik etdi

25 fevral 2024 , 09:19
Kəlbəcər atəşə tutuldu

Kəlbəcər atəşə tutuldu

24 fevral 2024 , 16:06
Lənkəranlı molla İrana görə  həbs edildi

Lənkəranlı molla İrana görə həbs edildi

23 fevral 2024 , 16:50
NATO-nun  yeni baş katibi   ola bilər

NATO-nun yeni baş katibi ola bilər

22 fevral 2024 , 15:45
Bayden Putinə “it oğlu”  dedi

Bayden Putinə “it oğlu” dedi

22 fevral 2024 , 11:35
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü  başladı

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başladı

19 fevral 2024 , 15:57
Azərbaycan Prezidenti Türkiyədə

Azərbaycan Prezidenti Türkiyədə

18 fevral 2024 , 23:31