İordaniya mediası Şuşa Qlobal Media Forumunda İlham Əliyevin çıxışını işıqlandırıb
14 iyul 2026 11:40 (UTC +04:00)

İordaniya mediası Şuşa Qlobal Media Forumunda İlham Əliyevin çıxışını işıqlandırıb

0

İordaniyanın aparıcı kütləvi informasiya vasitələri – “Petra”, “Ammun” və “Nayrouz” xəbər agentlikləri, “Əl-Məmləkə” televiziya kanalı, eləcə də “Əl-Dustur” və “Jordan Daily” nəşrləri Şuşada keçirilən Qlobal Media Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı barədə materiallar yayımlayıblar.

Lent.az xəbər verir ki, yazılarda Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun əhəmiyyəti, Azərbaycanın bir sıra məsələlər üzrə siyasi mövqeyi və İslam ölkələri ilə münasibətləri barədə fikirlərinə geniş yer verilib.

Qeyd olunub ki, forum çərçivəsində formalaşan müsbət mühit beynəlxalq iştirakçılar arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

İordaniya mediası Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasət prioritetləri ilə bağlı Prezident İlham Əliyevin fikirlərini də diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın siyasəti əməkdaşlığın genişləndirilməsinə, regional məsələlərin həllinə və ölkənin maraqlarının beynəlxalq müstəvidə təşviqinə yönəlib.

Azərbaycan–İordaniya münasibətlərinə toxunan dövlət başçısı Kral II Abdullahın Yaxın Şərqdə sülhün təşviqinə yönəlmiş səylərini yüksək qiymətləndirib. O, iki ölkə arasında mövcud olan yaxın əlaqələri və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsinə sadiqliyi vurğulayıb.

Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat və əlaqələndirici infrastrukturunun inkişafı istiqamətində gördüyü işlər barədə fikirlərinə də yer verilib. Dövlət başçısının sözlərinə görə, son illərdə ölkənin geostrateji mövqeyinin əhəmiyyəti daha da artıb.

Qeyd edilib ki, iki gün davam edən Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsini təmsil edən 160-a yaxın jurnalist və media nümayəndəsi iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar