Xaçmazda maşın körpüdən çaya  düşdü
14 iyul 2026 00:11 (UTC +04:00)

Xaçmazda maşın körpüdən çaya düşdü

0

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, “VAZ-2106” markalı minik avtomobili Qudyalçay üzərindəki körpüdən çaya düşüb.

İlkin məlumata əsasən, sürücü idarəetməni itirib.

Qəza zamanı avtomobildə tək olan sürücü — Məmmədov Hüseyn Elsevər oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə cəlb olunan xüsusi texnikanın köməyi ilə avtomobil çaydan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.


Xanım Məmmədova

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar