Kəlbəcər və Laçın artilleriya atəşinə tutuldu
14 sentyabr 2022 10:02 (UTC +04:00)

Kəlbəcər və Laçın artilleriya atəşinə tutuldu

Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.
Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.
Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

# 4398
avatar

Mehman Nəbiyev

Oxşar yazılar