Prezidenti hava limanında  qarşılamağı   unutdular
30 noyabr 2023 14:11 (UTC +04:00)

Prezidenti hava limanında qarşılamağı unutdular

Almaniya prezidenti Frank Valter Ştaynmayer Qətərə səfəri zamanı onu qarşılamalı olan rəsmi şəxsləri yarım saat təyyarədə gözləməli olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Almaniya prezidenti təyyarədə tək oturub gözləməli olub. O bir neçə dəfə qapıya yaxınlaşıb, qətərli rəsmilərin gəlib-gəlməməsinə baxıb. Bununla belə, təyyarə trapının yanında fəxri qaravul dəstəsi və limuzin onun enməsini gözləyirmiş.

Qətər tərəfinin verdiyi xəbərdə bildirilib ki, Almaniya prezidentinin təyyarəsi vaxtından tez hava limanına endiyinə görə, belə vəziyyət yaranıb.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5418
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar