Ramin Məmmədovun  deputat səlahiyyətlərinə   xitam verildi
02 may 2024 16:15 (UTC +04:00)

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.

Lent.az-ın xəbərinə görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-dəki sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilmişdi.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

# 2445
avatar

Oxşar yazılar