Anar Məmmədlinin “pulyuma” mexanizmi : 1,4 milyonluq qəbzlər tapıldı
16 may 2024 10:35 (UTC +04:00)

Anar Məmmədlinin “pulyuma” mexanizmi: 1,4 milyonluq qəbzlər tapıldı

“"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi" İctimai Birliyinin sədri Anar Məmmədli uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb, həmin pulların əksər qismini Gürcüstandakı "TBC" bankında öz adına açılmış hesablar vasitəsilə yiyələnməsi və vəsaitlərin qanunsuz yollarla nağdılaşdırılaraq Azərbaycana gətirilməsi işinə rəhbərlik etməsi söylənir”.

Lent.az xəbər verir ki, bu barədə milli.az məlumat yayıb.

Bu məqsədlə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən "Human Rights House Foundation" təşkilatına üzv olub, həmçinin digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub, ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda öz, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çox saylı qrant layihələri hazırlayıb, müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz “pulyuma” mexanizmini formalaşdırıb.

Anar Məmmədlinin sadəcə 2021-2024-cü illərdə aldığı qrantların məbləğlərinə ötəri nəzər salaq:

Gürcüstanın "Human Rights House Tbilisi" təşkilatı - 2.265 avro;

Fransanın "Equal Rights İndependent Media" təşkilatı - 4.750 avro;

İsveçin "Swedish International Liberal Centre" təşkilatı - 12.625 avro;

Norveçin "Norwegian Human Rights House Foundation" təşkilatı - 24.850 avro;

İsveçrənin "Human Rights House Foundation" təşkilatı - 27.020 avro;

Belçikanın "İnternational Partnership for Human Rights" təşkilatı - 43.290 avro;

ABŞ-ın "National Endowment Democracy" təşkilatı - 53.770 avro və 75.010 avro;

Çexiyanın "Prague Civil Sosiety Centre" təşkilatı - 59.850 avro;

ABŞ-ın "German Marshall Fund" fondu - 74.411 avro.

... Beləliklə, A.Məmmədlinin toplam olaraq 1.441.200 AZN məbləğində vəsait əldə etməsi, həmçinin vəsaitlərin xərclənməsinə və işçilərin xarici valyutada qonorarlar qəbul etməsinə dair qəbzlər aşkar olunub. Bundan başqa dəyəri 170.635 avro və 243.020 avro təşkil edən layihə sənədləri aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2694
avatar

Oxşar yazılar