Daha 30 min nəfərə birdəfəlik vəsait köçürüldü
20 aprel 2020 19:36 (UTC +04:00)

Daha 30 min nəfərə birdəfəlik vəsait köçürüldü

0

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən daha 30 mini üçün birdəfəlik vəsait (190 manat) köçürülüb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə  proqramının əhatə dairəsinin 3 dəfə artırılması, ümumilikdə  600 min şəxsin birdəfəlik ödəmə  ilə təminatı nəzərdə tutulub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan gündəlik olaraq birdəfəlik ödənişlər həyata keçirilir. Artıq 260 min nəfər üçün ödəniş edilib və bunun üçün 49,4 milyon manat vəsait köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1178

Oxşar yazılar