Sakinlər məktəblərdə vahid geyim formasının tətbiqini dəstəkləyirlər -VİDEO
11 oktyabr 2026 18:58 (UTC +04:00)

Sakinlər məktəblərdə vahid geyim formasının tətbiqini dəstəkləyirlər -VİDEO

1

 

Məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı vətəndaşlar arasında sorğu keçirilib.

Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, sorğuda iştirak edənlərin əksəriyyəti şagirdlərin məktəbə eyni formada getməsinin tərəfdarı olduqlarını bildiriblər.

Sakinlər qeyd ediblər ki, vahid geyim forması şagirdlər arasında sosial bərabərliyi təmin edir, maddi fərqlərin qabardılmasının qarşısını alır və məktəb mühitində nizam-intizamı gücləndirir.

Bəzi respondentlər isə geyim qaydalarının yalnız şagirdlərə deyil, müəllimlərə də şamil olunmasını təklif ediblər.

Sorğuda fərqli mövqe bildirənlər də olub. Onlar vahid geyim formasının vacibliyini qəbul etsələr də, hər kəsin şəxsi seçiminə hörmətlə yanaşılmalı olduğunu vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 202

Oxşar yazılar