Azərbaycanda 150-dən çox bağçada müdir yeri BOŞDUR
05 iyun 2023 13:43 (UTC +04:00)

Azərbaycanda 150-dən çox bağçada müdir yeri BOŞDUR

150-dən çox bağçada müdir yeri boşdur.

Lent.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, bu il ilk dəfə bağça müdirlərinin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçiriləcək:

"Hesab edirik ki, bu yay həmin imtahan keçiriləcək və 200-ə yaxın vakant yer təqdim olunacaq".

Şöbə müdiri qeyd edib ki, bu il məktəbəqədər təhsil müəssisələrində məzmunla bağlı yeni layihə icra olunacaq:

"Yaş qrupları ilə bağlı müəyyən mövzuları əhatə edən material hazırlanıb. Ötən il 2500-ə yaxın müəllim bu istiqamətdə təlimə cəlb edilib. Bu il də 3 000 müəllimin təlimlərə cəlb edilməsini planlaşdırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1887
avatar

Oxşar yazılar