Azərbaycanda yeni məktəb modeli yaranır?
10 sentyabr 2022 18:52 (UTC +04:00)

Azərbaycanda yeni məktəb modeli yaranır?

Bəzi mütəxəssislər düşünürlər ki, Azərbaycanda məktəb sistemi yenidən qurulmalı, müasir standartları özündə cəmləşdirən yeni model hazırlanıb, tətbiq edilməlidir.

Təhsil naziri Emin Əmrullayev də jurnalistlərə məktəblərin strukturuna yenidən baxmağın vacib olduğunu söyləmişdi. Bəs maraqlıdır, yeni model, yeni sistem deyiləndə nə nəzərdə tutulur?

Təhsilimizdə nələrin dəyişməsi vacib sayılır?

Lent.az APA TV-yə istinadən xəbər verir ki, təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, hazırda Azərbaycan Respublikasında yeni təhsil modeli üzərində çalışılır və bu istiqamətdə praktiki işlər aparılır.

Onun dediyinə görə, yeni təhsil modeli artıq bir neçə özəl təhsil müəssisində tətbiq olunub. Elçin Əfəndinin sözlərinə görə, dəyişikliklərdən biri də ondan ibarətdir ki, əvvəlki dövrlə müqayisədə indi şagird, müəllim və valideyn arasında daha sıx təmas olacaq. Mütəxəssis onu da qeyd etdi ki, gələcəkdə yeni məktəb modeli əsasında internat tipli xüsusi təhsil müəssisələri də yaranacaqdır.

Elçin Əfəndi onu da söylədi ki, növbəti illərdə yaş limitinin 5 yaşa qədər azaldılması və 12 illik təhsilin tətbiqi də mümkündür. Təhsil eksperti Ramal Şəmşədli isə düşünür ki, yeni sistemdə 9-cu sinif üzrə attestat imtahanı ləğv edilməli, onun yerinə ixtisas seçimi imtahanı olmalıdır.

Ekspert qeyd etdi ki, yeni məktəb modeli bütün müsbət tərəfləri ilə yanaşı, özü ilə bərabər kadr problemi də gətirəcək.

Ekspertlər düşünürlər ki, özəl məktəblərin təcrübəsi öyrənilməli, dövlət məktəblərində də tətbiq edilməlidir. Onların fikrincə, bu modelin yaradılmasında əsas yük müəllimlərin üzərinə düşəcək. Çünki müasir təhsil sistemi müəllimdən daha çevik və bilgili olmağı tələb edir.

# 1980
avatar

Oxşar yazılar

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

27 noyabr 2022 , 17:48
Qadınların  10 yaşlı oğlanlarla   evləndiyi tayfa

Qadınların 10 yaşlı oğlanlarla evləndiyi tayfa

27 noyabr 2022 , 14:53
Sabah bu insanlar üçün problem yarana bilər

Sabah bu insanlar üçün problem yarana bilər

27 noyabr 2022 , 14:24
Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

27 noyabr 2022 , 12:47
Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

27 noyabr 2022 , 11:10
Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07