Bakıda 203 avtobus gecikir
05 iyun 2023 09:23 (UTC +04:00)

Bakıda 203 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 58 müntəzəm marşrut xətti üzrə 203 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, gecikən marşrut xəttləri aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 20-25 dəqiqə gecikmə müşahidə olunur.

2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 25-30 dəqiqə gecikmə müşahidə olunur.

4. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

5. Zabrat şosesi – şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 25-30 dəqiqə gecikmə müşahidə olunur.

6. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

7. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-25 dəqiqə gecikmə müşahidə olunur.

8. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.

9. Babək prospekti şəhər istiqamətində 15, 30, 32 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

10. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-25 dəqiqə gecikmə müşahidə olunur.

11. Yavər Əliyev küçəsi – Aeroport şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 113, 184, 208, 209 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqə gecikmə müşahidə olunur.

12. Mikayıl Useyinov prospekti Azneft meydanı istiqamətində E1, 5, 6, 53, 88, 125, 149 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Oxşar yazılar