Bu rayonlarda  güclü külək   əsib - FAKTİKİ HAVA
10 sentyabr 2023 19:27 (UTC +04:00)

Bu rayonlarda güclü külək əsib - FAKTİKİ HAVA

Ölkə ərazisində bəzi yerlərdə güclü külək əsib.

Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, senytabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Şimal-qərb küləyi arabir Qəbələdə 24 m/s, Neftçalada 20 m/s, Naftalanda 18 m/s, Beyləqan, Naxçıvanda 16 m/s, Şəkidə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 28-33 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.

# 3795
avatar

Oxşar yazılar