Daha bir marşrut xətti kartla ödənişə keçdi
03 avqust 2021 12:19 (UTC +04:00)

Daha bir marşrut xətti kartla ödənişə keçdi

Avqustun 4-dən Hövsan qəsəbəsi - Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrut xətti avtobuslarında gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

BakI Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

İbiş Məmmədov 2A (Hövsan qəsəbəsi)
Hövsan şosesi (Hövsan qəsəbəsi)
Elman Qasımov 113 (Hövsan qəsəbəsi)
Oqtay Şabanov küç. (Hövsan qəsəbəsi)
İlqar Əhlimanov küç. (Hövsan qəsəbəsi)
Elçin Məmmədov 4 (Hövsan qəsəbəsi)
Dədə Qorqud qəsəbəsi
İlham Şükürov küç. (Suraxanı rayonu)
Balandin küç. (Suraxanı rayonu)
A.Rzayev küç.keçid 1849 (Suraxanı rayonu)

# 1827
avatar

Oxşar yazılar