Elektromobillərin enerji doldurduğu yerlərdə dayanan maşınlar CƏRİMƏLƏNƏK
25 iyul 2024 10:53 (UTC +04:00)

Elektromobillərin enerji doldurduğu yerlərdə dayanan maşınlar CƏRİMƏLƏNƏK

Azərbaycanda elektromobillərin enerji doldurması üçün müəyyən edilmiş parklanma yerlərində qanunsuz dayanan avtomobillər cərimələnəcək.

Lent.az verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, yeni dəyişikliyə əsasən, elektromobillərin enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində dayanan digər avtomobillər 20 manat cərimələnəcək.

Qeyd edək ki, enerji doldurma yerlərində digər əqliyyat vasitələrinin parklanması qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Oxşar yazılar